Tərtibat.

Sumqayıt Dövlət Universitetinin Elmi xəbərlər jurnalında dərc edilən

MƏQALƏLƏRİN TƏRTİBATI QAYDALARI

 

1. Məqalə Azərbaycan, rus və ya ingilis dillərində hazırlanmalıdır.

2. Məqalə 10 səhifəyədək, Microsoft Word mətn redaktorunda, A4 formatda, hər tərəfdən – 2 sm, Times News Roman şrifti ilə 14 pt. ölçüdə, 1,5 sətirarası interval, 1 sm abzas buraxmaqla hazırlanmalıdır. 

3. Məqalə aşağıdakı ardıcıllıqla yığılmalıdır:

UOT – soldan, böyük hərflərlə, qalın şriftlə;

məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə;

müəllif(lər)in soyadı, adı, atasının adı – ortadan,  böyük hərflərlə, qalın şriftlə;

müəllif(lər)in iş yeri, şəhər, ölkə və e-poçt ünvanı – ortadan, kursivlə;

açar sözlər – kursivlə;

• giriş və diğər alt başlıqlar – soldan qalın şriftlə.

4. Ədəbiyyat siyahısı: məqalədə istinad ardıcıllığına uyğun olaraq.

5. Məqalənin hazırlandığı dildən fərqli digər 2 dildə məqalənin adı, müəllifin soyadı və inisialları, açar sözlər və xülasə yazılmalıdır.

Xülasə aşağıdakı funksiyaları yerinə yetirir:

elmi məqalənin əsas məzmununu, onun relevantlığını və məqalənin tam mətninə müraciət etməyin lazım olub-olmamasına zəruriliyini müəyyən etməyə imkan verir;

informasiya, o cümlədən avtomatlaşdırılmış sistemlərdə məlumat axtarışı üçün istifadə olunur.

Xülasə əsas mövzunun xüsusiyyətlərini, elmi məqalənin problemlərini, işin məqsədlərini və nəticələrini əhatə etməlidir. Annotasiyada bu məqalədə mövzu və məqsədinə görə ona uyğun olan digər məqalələrlə müqayisədə hansı yeniliklərin olduğu göstərilir. Xülasənin tövsiyə edilən orta həcmi 60-130 söz.

6. Cədvəl və şəkillər nömrələnir və bilavasitə məqalənin mətnində yerləşdirilir.

7. Düsturlar Microsoft Equation-da standart parametrdə yığılır. Mətndə ancaq istifadə olunan düsturlar nömrələnir. Düsturun nömrəsi sağda mötərizədə yazılır.

8. Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır.

9. Redaksiya məqalənin  əsas məzmununa xələl gətirmədən redaktə dəyişiklikləri və ixtisarları etmək hüququnu özündə saxlayır.

10. Əlyazmanın daxil olduğu vaxt mətnin son variantının redaksiyaya daxil olduğu gün sayılır.

11. Məqalə tələblərə cavab vermədiyi halda çap olunmur və müəllifə qaytarılmır.

Ekspertizanın nəticələrinə görə nəşrdən imtina edilməsinə şərait yaradan səbəblər:

məqələnin ümumi elmi dünya birliyi üçün maraq kəsb etməyən məhdud vəzifə və məqsədləri;

məqalənin mahiyyətini açmayan zəif xülasə;

ingilisdilli xülasələrdə dil keyfiyyətinin aşağı olması;

məqalənin  məhdud səviyyəsi və məzmunu;

ədəbiyyat siyahısının keyfiyyətinin aşağı olması.



ƏLAQƏ VASİTƏLƏRİ
Sumqayıt, Azərbaycan
43-cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
email: ssu@ssu-scientificnews.edu.az
KEÇİDLƏR