Redaksiya heyətinin üzvləri
Aparıcı redaktorlar (redaksiya heyətinin üzvləri)
- jurnalda dərc olunan hər şeyə görə məsuliyyət daşıyırlar;
- kommersiya maraqlarından asılı olmayan ədalətli və qərəzsiz qərarlar qəbul etməyi və obyektiv resenziyalaşdırma prosesini təşkil etməyi öhdələrinə götürürlər;
- müəllif qarşısında maksimum şəffaflıq və tam hesabatverməni təmin edən redaksiya siyasətini qəbul edirlər;
- əsərlərin bütövlüyünü qorumaq, zəruri hallarda düzəliş etmək və əlyazmalarının tədqiqat və ya nəşriyyat etikasına uyğun gəlməyən şəxslərinə elmi-tədqiqat işlərindən əsaslandırılmış imtina cavabı verirlər;
- üçüncü şəxslərin hüquqlarını materialların icazəsiz istifadəsindən qoruyurlar;
- maraqların redaksiya münaqişələrini tənzimləyirlər;
- insanlar və heyvanlar üçün təhlükəsiz olan tədqiqatları nəşr edirlər;
- müəlliflərin və rəyçilərin məlumatlandırılmasını təmin edirlər.
Rəyçilər
- redaksiya siyasətinin formalaşdırılmasında iştirak edirlər;
- məqalələrin resenziyalaşdırılması və qiymətləndirmələrin məxfiliyinə riayət edirlər;
- obyektiv və qərəzsiz rəy formalaşdırırlar, zərurət yarandıqda isə rəyləri mənbəyə istinadla təsdiqləyirlər;
- maraqların toqquşması vəziyyətini izləyir və qarşısını alırlar.
Naşir (Sumqayıt Dövlət Universiteti)
reklamın, nəşrin və ya digər kommersiya maraqlarının redaksiyanın qərarlarına təsir etməməsinə çalışır.
Baş redaktor ELXAN HÜSEYNOV, professor, rektor
Baş redaktor müavini RAMAZAN MƏMMƏDOV, professor, elm və innovasiyalar üzrə prorektor
Məsul katib ƏKBƏR MƏMMƏDOV, dosent (Təbiət və texniki elmlər bölməsi)
Məsul katib NİGAR İSGƏNDƏROVA, professor (Sosial və humanitar elmlər bölməsi)